“Mingəçevir hadisəsi çox ciddi nöqsanlardan xəbər verir” – Dövlət Neft Şirkətinin sabiq prezidenti

    21

    “Elektrik enerjisi sistemi bir adamdan asılı olmamalıdır!!! Asılıdırsa, deməli sistem düzgün qurulmayıb. Enerji sistemini idarə edənlər daim müxtəlif riskləri, ssenariləri nəzərdən keçirib sistemin dayanıqlı işləmisi üçün müvafiq tədbirlər görməlidir”.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkətinin sabiq prezidenti, tanınmış iqtisadçı ekspert Sabit Bağırov Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən qəza haqda bildirib.

    S.Bağırov deyib ki, elektrik enerjisi sistemi qurularkən hətta təxribatdan qorunma məsələləri də nəzərə alınmalıdır:

    Baş vermiş hadisə çox ciddi nöqsanlardan xəbər verir. Əmin olmaq istərdim ki, bu dərsdən müvafiq nəticə çıxarılacaq və bir daha belə hadisələr baş verməyəcək. Bu hadisə biabırçılıqdır. Təsəvvür etmək olar bizi istəməyənlər necə seviniblər. İstəyənlər isə təəssüfləniblər”.