Mingəçevirdə kanal daşdı – suvarma suyu sakinlərin evinə doldu

69

Yuxarı Qarabağ kanalından gələn suvarma suyu sakinlərin evinə dolub.
Hurriyyet.org
yeniavaz.com-a istinadən xəbər verir ki, Yuxarı Qarabağ kanalının Mingəçevirdən keçən  mühafizə hissəsində yaranan problem kanalın ətrafında yaşayan saknilərə ciddi ziyan vurub. Belə ki, kanal daşıb və  suyu ətrafa yayılıb. Sakinlər bildirir ki, evləri su ilə dolub. Problemlə bağlı əraziyə  aidiyyatı qurumlar texnika cəlb ediblər. Hazırda kanalda işlər görülür.
Məsələ ilə bağlı Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev bildirdi ki, əslində bu problem sakinlərin kanala atdıqları məişət tullantılarından qaynaqlanır.