Mingəçevir sakinindən silah götürüldü

39

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədi ilə uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Mingəçevir şəhər sakini Surac Abbasovdan müvafiq sənədləri olmayan 16 çaplı, yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.