Milyonlarla izləyicisi olan türkiyəli bloger Qarabağ savaşına dair film çəkdi – VİDEO

39

Qardaş Türkiyə hər sahədə Azərbaycana dəstək olduğu kimi, media sahəsində, informasiya savaşında, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında da hər zaman haqq işimizə dəstək verir.

Bu ölkədə fəaliyyət göstərən telekanallar, qəzetlər, xəbər saytları bölgədə baş verənlərin əslini, astar üzünü yazır, yayır, Azərbaycana qarşı qara pair aparan ermənipərəst media dairələrinin yalanınını ifşa edir, bizə qarşı qərəzli davranan ölkələrin ictimaiyyətinə doğru xəbər çatdırır.

Türkiyənin blogerləri də peşəkar media qurumlarından geri qalmır. Onlardan biri də Ruhi Çenetdir.

Onun milyonlarla izləyicisi var, ölkəsində və onun hüdudlarından kənarda çox populyardır.

Ruhi Çenet bu günlərdə ölkəmizdə, döyüş bölgəsində olub, Ermənistan-Azərbaycan müharibəsinin gedişinə dair videoreportajlar hazırlayıb.

Aşağıda gənc blogerin hazırladığı qısa filmə baxa bilərsiniz.