Millimizin qrupunda komanda sayı artırıldı

60

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda komanda sayı artırılıb. AFFA-nın rəsmi saytı xəbər verir ki, Canni de Byazinin komandası mundialın ev sahibi Qətərlə də qarşılaşacaq.

UEFA son Asiya çempionunu dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün qətərlilər ev oyunları Avropada keçiriləcəklər.

Yığmamız gələn il martın 27-də Qətərin qonağı olacaq. Noyabrın 14-də isə bu komandanı qəbul edəcək. Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı hələlik məlum deyil.

Xatırladaq ki, A qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da qərarlaşıb.