Millimizin hücumçusu ABŞ klubunda qalmaq istəyir

42

“Öən mövsüm heyətlə bağlı bəzi problemlər oldu. Komandada 10 futbolçu koronavirusa yoluxdu. Təbii ki, bu, arzuolunmaz hal idi”.

Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və ABŞ-ın “Finiks Rayzinq” klubunun futbolçusu Rüfət Dadaşov “Bild” nəşinə açıqlamasında Milli Futbol Liqasında (USL) 2019/2020 mövsümünü dəyərləndirərkən deyib.

29 yaşlı hücumçu bildirib ki, çətinliklərə baxmayaraq, komandası sonda liqanın qalibi olmağı bacarıb: “Finiks Rayzinq”də əla mövsüm keçirdim. Arizonada inanılmaz sayda əla və faydalı insanlarla tanış oldum. Müqaviləmin müddəti nbaşa çatdı. Səbirsizliklə sözləşmə müddətinin uzadılacağını gözləyirəm”.

Qeyd edək ki, Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.