Millimizə daha bir futbolçu dəvət edildi

60

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro və Kiprlə oyunlarından əvvəl heyətinə daha bir futbolçu dəvət edilib.
Bu haqda Azərbaycan Futbol Federasiyaları Asossasiyasının (AFFA) saytı məlumat yayıb.“Neftçi” hücumçusu Mirabdulla Abbasovun milli komandanın hazırlıq prosesində iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, yığmamızın Monteneqro ilə matçı oktyabrın 10-da Podqoritsada, Kiprlə qarşılaşması isə oktyabrın 13-də Bakıda keçiriləcək.