Milli Məclisə yeni qanun layihəsi daxil oldu

    6

    “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentə daxil olub.

    Hurriyyet.org report-a istinadla xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

    Qanun layihəsinə əsasən, Azərbaycandan qida məhsullarının ixracı zamanı beynəlxalq standartlara uyğun olaraq sənəd təqdim ediləcək. Həmin sənəddə ixrac olunan məhsulun əsas göstəriciləri, baytarlıq, fitosanitar və digər sağlamlıq göstəriciləri də əksini tapıb.