Milli Məclis növbədənkənar toplanacaq

    6

    Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, növbədənkənar sessiya bir qrup deputatın müraciəti əsasında keçiriləcək.

    Sessiyanın ilk iclasının tarixi də müəyyənləşib. İyunun 12-də keçiriləcək plenar iclasın gündəliyi gələn ayın əvvəlində müəyyənləşəcək.

    Qeyd edək ki, MM-in yaz sessiyasında son plenar iclası mayın 31-də keçiriləcək.