Milli Azərbaycan Tarixi Muzeyində YENİLİK

    12

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində yeni “İctimaiyyətlə əlaqələr” şöbəsi fəaliyyətə başlayıb.

    Muzeydən Hurriyyet.org-a verilən məlumata görə, Elmi Şuranın iclasında yeni şöbənin tərkibi təsdiq olunaraq vəzifələri müəyyənləşdirilib. Muzey üzrə verilmiş müvafiq əmrə əsasən, muzeyin mətbuat katibi Aynur Babayeva yeni şöbəyə rəhbərlik edəcək.

    Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində “İctimaiyyətlə əlaqələr” şöbəsi AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən yaradılıb.

    Hurriyyet.org