MİLLİ  ZİYANVERİCİLƏR

102

Onlar həbsxanalara salınmalı və bir qədər sərt olsa da, hətta edam edilməlidirlər…

Bizim içimizdə həbsxanalara salınmalı və bir qədər sərt olsa da hətta edam edilməli, qətlə yetirilməli adamlar doludur. Hamısı da yeyir-içir, yağlanır və hətta orden və medallara, fəxri adlara layiq görülürdülər. Halbuki belələrinin əməlləri minlərlə sadəlövh vətəndaşalarımızın və kütbeyin ziyalılarımızin daha da şizofrenikliyinə səbəb olur.

Bədnam Fərəh Pəhləvinin memuarlarının qəzetdə və kitab şəklində çapını (həm də dönə-dönə) buna misal göstərmək olar. 1945-46-cı illərdə Stalinin Mircəfər Bağırovu çağırıb İranın şimalında Güney Azərbaycandan ibarət demokratik respublika yaratmaq istədiyini bəyan edəndə əlbəttə Bağırov rəhbərin bu təşəbbüsünü alqışladı və bu işin sovet ittifaqına çox faydası olacağını bildirdi. Və beləliklə vaxtilə Bakıda fəhləlik edən və burada siyasi şüur təcrübəsi qazanan Pişəvərinin başçılığı ilə İranın şimalında – yəni güney Azərbaycanında paytaxtı Təbriz olan Demokratik Cümhuriyyət əmələ gəldi. Bu isə əsrlərdən bəri azadlıq və milli ruhdan məhrum edilən cənublu soydaşlarımızın böyük ruh yüksəkliyinə səbəb oldu və hər yanda demokratiya, maarif və mədəniyyətin – yəni milli şürun çiçəklənməsi başlandı. İran despotu, keçmiş soldat Rza xan və sonra da Rza şah Stalin, Ruzvelt və Çörçillin hökmü ilə taxtdan salınıb Cənubi Afrika Respublikasına sürgün edildi və az sonra – 1944-cü ildə elə orada da gəbərdi.

Amma bizim bu  “tərəqqipərvər” dünya ağaları İranın mürtəce rejiminə toxunmadılar və şahənşahın yerinə despotun 22 yaşlı oğlu Məhəmməd Rzanı taxtda oturdular. Və işlərini bitirmiş hesab edib çıxıb getdilər. Bir neçə il sonra – 1945-ci ildə onların maymaqlığından istifadə edən İosif Stalin Sovet İttifaqının ətrafında əmələ gələn  7 oyuncaq respublikaların səkkinzicisini yaratdı. Stalinin ağlına da gəlmirdi ki bu onun o qədər də rəğbəti olmayan Azərbaycan üçün nə qədər böyük tarixi hadisədir.

Lakin az sonra güman ki A.Mikoyan və Azərbaycanın başqa düşmənləri ehtiyatla rəhbərin yadına saldılar ki, bu xına o xınadan deyil. Bunlar gec-tez birləşib və sənin üçün problemlər mənbəyi ola bilər. Və ümumiyyətlə bunun xeyri kimə dəyəcək? Həm dost İran ən gözəl hissəsindən məhrum olacaq, həm də Osmanlı dövlətindən sonra bu türklərin ikinci böyük bir güc mənbəyi formalaşacaq.

Stalin dərhal yanlış addım atdığını başa düşüb, Cənubi Azərbaycanın bu yeni ölkəsinin dayağı olan sovet ordusunu ordan çıxartdı. Təbriz öz ümidinə qaldı. Amma, axı onlar da bizim kimi həmişə onun-bunun himayəsinə möhtac olublar və bu psixoloji vərdiş əsasında formalaşıblar.

Ona görə Məhəmməd Rza sözsüz ki, Stalnin razılığı və ABŞ və Böyük Britaniyanın da dəstəyi ilə əlində olan yırtıq-salxaq ordusunu Təbrizin üzərinə göndərdi. Çünki Məhəmməd Rza bilirdi ki,  təbrizlilərin təzə yaradılan primitiv milli ordusu hamısı maşınlara doluşub şimala – sovet ittifaqına qaçıblar. Və bu doğrudan da belə idi. Aydındır ki, o zaman 10-12 milyonluq Güney azərbaycanlıları öz respublikaları, öz müstəqillikləri, öz azadlıqları və öz ağılları ilə yaşamaq səlahiyyətlərini qoruya bilərdilər. Çünki Tehranın onlarla vuruşa biləcək elə bir mətin ordusu yox idi. Axı farslar hətta ermənilərdən də qorxaq və vuruşmaqdan çəkinəndirlər. Kürdlərdən isə heç danışmağa dəyməz. Çünki onların sallaq bığlarına baxmayın. Əgər bu hünərin sahibi olsaydılar, çox İran və ya İraqda öz müstəqil dövlətlərini yaratmışdılar. Çünki sayları heç də az deyildi.

Beləliklə güneyli qardaşlarımız 1920-ci ildə baş verən gülməli və faciəli hadisəni təkrar etdilər. Yenə kiçik bir gədə-güdənin qabağında aciz qalıb təslim oldular. Və hətta cənab baş prokuror Firudin İbrahimi kimi könüllü surətdə edama da getdilər.

Vətənində qalıb müqavimət göstərmək, xalqı səfərbər etmək, vuruşub öz gənc respublikasını, öz xalqının müstəqilliyini qorumaq əvəzinə Seyid-Cəfər Pişəvəri də qoyub qaçdı. Ancaq hara gedə bilərdi? Quzey Azərbaycanından başqa harası vardı, “İran” adının qorxusundan kim onu qəbul edə bilərdi? Heç kim.

Pişəvəri Bakıya gəldi və o artıq heç kimə lazım olmadığına görə hətta rəşadətli Mircəfər də onu qoruya bilmədi. Və bu ağılsız cümhuriyyət lideri öz  sürücüsünün əliylə öldürüldü. Sürücü də kim olsa yaxşıdır? Erməni! Necə ki, Yusif Məmmədəliyevin, Rəşid Behbudovun və başqalarının sadəlövhlüyündən istifadə edən mənfur erməni bu dəfə də öz işini gördü.

Beləliklə, Cənubi Azərbaycan müstəqilliyi epopeyası qəfil yarandığı kimi, qəfil də məhv edildi. Məsələ bununla bitmədi. Cavan şahənşah işə başladı və İrana qayıdan, eləcə də İranda qalan bütün cümhuriyyət fədailərini məhv etdi. Xalqın bütün qaymağı atasından qat-qat hiyləgər olan Məhəmməd Rza Pəhləvinin qurbanı oldu. İranda qədim Əhəməni – fars ideologiyasının, fars şovinizminin tüğyanı başlandı. Uzun illər ərzində, xüsusilə Güney ölkəmizdə kim başını qaldırdısa, kim “azadlıq”  sözünü dilinə gətirdisə, hətta kim “Azərbaycan” sözünü hardasa işlətdisə və hətta dırnaqarası Azərbaycan dili radio və televiziya verilişlərində bir dənə türk-azərbaycan sözü işlətdisə, dərhal zindanlarda çürüdü. Məhəmməd Rza Pəhləvi – gələcək Fərəh xanımın əri  Azərbaycan ruhunun demək olar ki, kökünü kəsdi. Nə qədər cavan oğullar zindanlarda çürüdü və ya qaçıb xarisi ölkələrə səpələndilər. Lakin bu fars şovinistinin artıq İran üçün, onun müsəlmanlıq ruhu üçün təhlükli islamı belə, öz fars şovinizmi üçün əngəl hesab etdiyini görüb ondan da şovinist olan şiə mollaları hərəkətə gəldilər. Çünki Məhəmməd Rza son məqsədini belə ifadə etmişdi: “İranda sosializmin və islam dininin kökünü kəsəcəyəm”.

Amma ona bu imkanı vermədilər. Axmaqlığından Xomeynini aradan götürmək əvəzinə, İrandan sürgün elədi. Və o da İraqa, sonra isə Fransaya gedib kütbeyin İran əhlinin dini instinktlərini oyandırdı. Lakin azərbaycanlılar və onların cəsarətli lideri Şəriət Mədəri Xomeynidən vəd almışdı ki, bəs hakimiyyətə gəlsələr Azərbaycana müəyyən muxtariyyət, heç olmasa dil muxtariyyəti veriləcək. Və nəticədə 1978-cilin sentyabrın əvvəlində ilk dəfə Təbrizdə şah əleyhinə nümayişə çıxdılar. Və bu yolda 118 nəfər qurban verdilər. Lakin artıq cin butulkadan çıxmışdı. Təbrizlilrdən güc alıb bütün İran ayağa qalxdı. Nəticədə fars şovinizminin atası taxt-tacdan əl çəkib qoyub qaçdı.

Amma o mənfur bir neçə il qabaq təzədən evlənmişdi. Və bu dəfə sədaqətdə tayları-bərabəri azərbaycanlı qız Fərəhlə evlənmişdi. Və deyilənlərə əhəmiyyət verməsək, çoxlu uşaqları da olmuşdu.

İndi budur, həmin Fərəh Pəhləvinin Misirə qaçıb 1 il sonra gəbərən Məhəmməd Rza haqqında xatirələri çap olunub və mərhum ərini şanlı bir şəxsiyyət kimi göylərə qaldırmaqdan, mədh etməkdən çəkinmir.

Və bizim qeyd etdiyimiz kimi, nə etdiyini qətiyyən bilməyən və ya yaxşı qonorar və qazanc üçün sinov gedən qəzetçilərimiz dırnaqarası yazıçı və tədqiqatçılarımız həmin bədnam memuarları dönə-dönə çap etdirməkdən doymurlar. Çünki yaxşı pul gətirir.

 

Əlisa  NİCAT