Deputat ilə “Azərişıq” arasındakı qalmaqal böyüyür

    9

    Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov: “Düzdür, belə hallar olur bəzən. Mən ayda bir dəfə Quba rayonunda vətəndaşlarla görüş keçirirəm. Mənə də belə xırda şikayətlər edirlər və biz yerindəcə araşdırıb həll edirik. Ancaq insanların hamısının bu cür aldadılmasını da demək olmaz axı. Bir-iki nəfərin mənzilinə yanlış qəbz gedibsə, o demək deyil ki, bütün ölkə üzrə vəziyyət belədir. Problem olanda həll edirik. Mən ötən gün “Azərişıq“ ASC-nin sədri ilə də danışdım. Elə bir ciddi problem yoxdur. Heç bir komissiyanın yaradılmasına ehtiyac yoxdur. Mən özüm Qubada qəbul keçirirəm, şikayətləri həll edirəm“./musavat.com/