“Bu nə “işverənlik“, nə də agentura şəbəkəsi deyil“

    3

    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə azvidion.az-a bildirib ki, burada söhbət hüquqazidd hərəkətlərlə bağlı polisə köməkdən gedir ki, bu da hər bir vətəndaşın borcudur. Lakin millət vəkilinin sözlərinə görə, həmin şəxslər polisin səlahiyyətlərini mənimsəyib, özlərini polis kimi təqdim edib qərar qəbul edə bilməzlər. Onlar sadəcə polis orqanları ilə birlikdə müəyyən vəzifələrin yerinə yetirilməsində, hadisələrin qarşısının alınmasında, maarifləndirmə işlərində, hüquqazidd əməllərin qarşısının alınmasında iştirak edə bilərlər. Həmin şəxslər həyatı təhlükə olan əməliyyatlara cəlb olunmayacaqlar“.