Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyi açıqlandı – SIYAHI

0

Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyi məlum olub.  

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər sırasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” və “Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında” qanun layihələri də var. 

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

  1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
  2. Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
  3. Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında.
  4. “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi 
  5. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi
  6. Azad ticarət zonasının yaradılması haqqında sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli sazişdə dəyişikliklərim edilməsi barədə protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi.
  7. ”1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye Nümunələrinin mühafizəsinə dair” protokolun təsdiq edilməsi haqqında qanun layihəsi.
  8. ”Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici işlər Nazirliyi və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən Əmək fəaliyyəti haqqında Anlaşma Memorondumunun təsfiq edilməsi barədə” qanun layihəsi.
  9. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
  10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)./apa/