Milli Məclisdə maskaya görə cərimə təklifləri: 20, 25, yoxsa 50 manat?

27

Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşdan müzakirəyə çıxarıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, qanun layihəsinin Hüquq siyasəti və dövlət mquruculuğu komitəsinin üzvü Fəzail Ağamalı təqdim edib. Deputat qanun layihəsinin birinci müzakirəsi zamanı qoruyucu maska taxmayan fiziki şəxslərin 50 manat deyil, 20 manat cərimələnməsi haqda deputat Qüdrət Həsənquliyevin təklifinə münasibət bildirib: “Hörmətli həmkarlarım Qüdrət Həsənquliyevin, Fazil Mustafanın müəyyən təklifləri olub. Ancaq digər həmkarım Siyavuş Novruzovun dediyi kimi əgər vətəndaş 50 manat cərimə edilmək istəmirsə, 30 qəpik ödəyib maska alsın”.

Deputat Azad Badamov isə bu gün keçirilən müzakirələrdə fiziki şəxslərin 25 manat cərimə edilməsini təklif edib. O xatırladıb ki, nə qədərki COVİD-19-un dərmanı tapılmayıb insanlar bu xəstəliklə birgə yaşamağa məcburdur. Fazil Mustafa isə deyib ki, qanunu parlament qəbul edir və bundan sonra Nazirər Kabineti buna uyğun qərar verəcək: “Milli Məclisdən üstün normatik qanun qəbul edən ünvan yoxdur. Biz qanun qəbul edəcəyik buna uyğun olaraq da Operativ Qərargah öz qərarını verəcək”.

Hazırda qanun layihəsinin müzakirəsi davam edir.