“Milli Məclis işi”nin istintaqı bitdi, məhkəmə başlayır

123

Vəkil: “Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin istintaq materialları, maddi sübutlarla tanışlıq mərhələsidir”

Baş Prokurorluğun İstintaq İdarəsi 14-15 iyul aksiyası üzrə cinayət işinin istintaqını tamamlayıb. İyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedib, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, daha 11 hərbi qulluqçu və 1 mülki şəxs şəhid olub. İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. 

Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb. Rəsmi məlumata görə, 7 polis əməkdaşı bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub. Milli Məclisin 1-ci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub. Baş Prokurorluğun İstintaq İdarəsi bu işin istintaqını qəsdən sağlamlığa az ağır zərər vurma; əmlakı qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmək ittihamları üzrə aparıb. İş üzrə 37 nəfər təqsirləndirilən şəxs var. 36 nəfər həbsdə, 1 nəfər polis nəzarətindədir. Tutulanların 15-i AXCP üzvüdür: Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Elnur Cabbarov, Müşviq Quliyev, Gündüz Mirzəyev. Cəbhəçi Elvin Məmmədov polisin nəzarətindədir.

Həbsdə olan Məmməd İbrahimə və Fuad Qəhrəmanlıya həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülmüşdü. İstintaqın gedişində bu ittihamlar geri götürülüb.

Həbs edilənlərin 2-si Müsəlman Birliyi Hərəkatının təmsilçisidir: Tural Vəliyev, Kamil Mahmudov.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Pərvin Çobanov da həbsdədir. Qalan 18 məhbus bitərəf şəxslərdir: Səbuhi Mustafayev, Müşviq Vahabov, İlkin Əliyev, Elçin Məmmədov, Emin Hüseynzadə, Ramiz Babayev, Azər Məmmədov, Şəmsi Rəhimli, Siyavuş Mustafayev, Dəyanət Mo?vlayev, Vüsal Quliyev, Elçin Mehdiyev, İsmayıl Məmmədov, Fariz Məmmədov, Ariz İbadətoğlu, Taleh Məmişov, Ceyhun Məmmədov, Fərid Abadov.ə

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, sentyabrın 11-də cinayət işinin istintaqı bitib. Sentyabrın 14-də onlara bu haqda bildiriş göndərilib:  “Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin istintaq materialları, maddi sübutlarla tanışlıq mərhələsidir. Proses bitəndən sonra cinayət işi məhkəməyə göndəriləcək”.

Bildirib ki, tanışlıq mərhələsi və işin məhkəmə baxışına çıxarılması ayyaram sürə bilər.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”