Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı sənədi qəbul etdi

72

Müzakirələrdən sonra sənəd qəbul olunub.

Bu barədə “Report” xəbər verir.

 

17:37

Azərbaycan Milli Məclisinin iclası keçirilir.

“Report”un xəbərinə görə, iclasda hərbi vəziyyət elan edilməsi ilə bağlı məsələ müzakirə edilir.

İclas davam edir.

Qeyd edək ki, Konstitusiyanın 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqdaxarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.