Qənirə Paşayeva Avropanı İraq və Suriya Türkmənlərinə dəstəyə çağırıb

    15

    Millət vəkili Qənirə Paşayeva Suriya Türkmənlərinin ağır vəziyyəti, yaşadıqları faciələr, minlərlə türkmənin köçkün düşməsi, köçkün türkmənlərin üzləşdiyi problemlərdən də danışaraq Avropanın onlara laqeyid münasibətini tənqid edib və AŞPA-nı, Avropa qurumlarını və üzv ölkələri onlara daha çox yardım göstərməyə və evlərindən köçkün salan səbəblərlə daha sərt mübarizəyə çağırıb: “Mən bir müddət əvvəl Türkiyədə onların təmsilçiləri ilə yenidən görüşdüm və onlar səslərini və düşüncələrini burada söyləməmizi istədilər. Onlar sizdən dəstək gözləyirlər. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti, faciələri önləmək mümkün deyil. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Mən Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri Suriya Türkmənlərinə yardım etməklə yanaşı onların öz evlərinə dönə bilməsi istiqamətində də daha çox dəstək göstərməyə, daha fəal çalışmağa çağırıram”