Mikayıl Cabbarova yeni vəzifə verildi – SƏRƏNCAM

    6

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Hurriyyet.org-un xəbərinə görə, sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 904; 2012, № 2, maddə 108; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 3, maddə 534) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

    “Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının İqtisadiyyat naziri

    Komissiya həmsədrinin müavini

    Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

    Azərbaycan Respublikası Energetika nazirinin müavini

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

    Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

    Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

    2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Litva Respublikası tərəfinə bildiriş göndərsin.

    Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovdur.