Miçotakis Türkiyəni təhdid elədi

72

Hurriyyet.org xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis İngiltərənin “Tayms” qəzetində məqalə ilə çıxış edərək, Türkiyənin bu ay ərzində keçiriləcək Avropa İttifaqı sammitinə qədər qərar vermədiyi təqdirdə, sanksiyalarla qarşılaşacağı ilə təhdid edib. Miçotakis Yunanistanın təhlükəsizlik və sabitliyinə qarşı təhdidlərin Avropa ölkələrinin rifahı üçün ciddi təhlükə olduğunu iddia edib.

24-25 sentyabr tarixində Avropa İttifaqının Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında təbii qaz axtarışı ilə bağlı gərginliyinin artması məsələsini müzakirə edəcəyini qeyd edən Miçotakis Avropa İttifaqının atacağı addımlara görə qərar verəcəklərini bildirib.

“Türkiyənin sammitə qədər sağlam düşüncəli mövqe nümayiş etdirməyəcəyi təqdirdə, avropalı lider dostlarımın qarşısında sanksiyadan başqa seçim olduğunu görmürəm” deyən Miçotakis “Avropa geosiyasi gücünü göstərmək istəyirsə, Türkiyəyə qarşı güzəştə getməməlidir” sözlərini yazıb.

Baş nazir Miçotakis Türkiyənin yeni geosiyasi şəraitdə getdikcə təkləndiyini bildirərək, Yunanıstanın İsrail, Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə ortaqlıq qurduğunu, Türkiyənin isə təkbaşına hərəkət elədiyini və Şərqi Aralıq dənizində güc nümayiş etdirdiyini söyləyib.

Türkiyəni aqressivlikdə ittiham edən Miçotakis aqressiv bir üslub sərgilədiyini, milliyətçilik təbliğatı apardığını və Ayasofyanı məscidə çevirdiyini nümunə olaraq göstərib.

Miçotakis, Yunanistan və Türkiyənin NATO üzvü olduğunu bildirərək, çəkişmələrin ittifaqa zərər verdiyini, Yunanıstanın Türkiyənin hərbi addımlarına qarşı duracaq güc sahib olduğunu və toqquşmanın hər iki  tərəf üçün zərərli olduğunu bildirib.