MHP lideri Dövlət Baxçalı Bakı vaxtı ilə saat 17.00-da Ərdoğanla görüşöncəsi müavinini verdiyi açıqlamaya görə vəzifədən azad etdi.
Hurriyyet.org mia.az-a istinadən bildirir ki, qərar sədr müavini Sefer Aycanın "Ərdoğanı biz bu seçkidən qutardıq" açıqlamasından dərhal sonra verilib.
Xatırladaq ki, Sefer Aycan demişdi ki, MHP bu gün əsas açar partiyadır:
"Parlamentdə 600 vəkil var, amma bundan sonra hər zaman gözlər 49 vəkilin üzərində olacaq. Bundan sonra parlamentdəki siyasəti MHP həyata keçirəcək. Biz nə desək, o olacaq. Dövlət Baxçalı həm Rəcəb Tayyib Ərdoğanı, həm Ədalət və İnkişaf Partiyasını, həm də dövləti xilas etdi”.