Metsamor Atom Elektrik Stansiyasında korrupsiya aşkarlanıb

    21

    Ermənistan Milli Təhlükəsizlik Xidməti Metsamor Atom Elektrik Stansiyası (AES) da daxil olmaqla bir neçə korrupsiya ocağını aşkarlayıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, Metsamor AES-in vəzifəli şəxsləri ilə əlbir olan bəzi kənar şəxslər müəssisə üçün təhlükəsizlik cihazlarının təkrar satışı barədə sənədlərində qiymətləri şişirtmək yolu ilə 7 milyon dramlıq avadanlığı 33 milyon drama satmaqla dövlətə 25 milyon dram (51 min ABŞ dollarından artıq) məbləğində ziyan vurublar.

    Ümumiyyətlə, ölkə boyu dövlət vəsaitlərinin dağıdılmasına dair 10 cinayət işi açılıb.