Metronun açılması nə vaxta gözlənilir? – “BAKI METROPOLİTENİ” AÇIQLAMA VERDİ

126

 Qərarları Operativ Qərargah elan edir. “Bakı Metropoliteni” də verilən qərarları icra edir.  Son qərara uyğun olaraq, metorda sərnişindaşımanın müddəti 15 sentyabra qədər uzadılıb. Əgər, bundan sonra da uzadılarsa, metropoliten buna qeyri-şərtsiz əməl edəcək”

Bunu Hurriyyet.org-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O, metronun bağlanması epidemik vəziyyətlə əlaqədar olduğunu deyib:

“Bu məsələ Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın birbaşa səlahiyyətinə daxil olan məsələdir. Ümumiyyətlə, metronun bağlanması epidemik vəziyyətlə əlaqədardır. Yəni, metorpolitenin fəaliyyətiylə bağlı olan məsələ deyil. Bu səbəbdən də vəziyyətin qiymətləndirilməsi Operativ Qərargahın peşəkar mütəxəsisləri tərəfindən təşkil olunur. Qərarları da Operativ Qərargah elan edir. “Bakı Metropoliteni” də verilən qərarları icra edir.  Son qərara uyğun olaraq, metorda sərnişindaşımanın müddəti 15 sentyabra qədər uzadılıb. Əgər, bundan sonra da uzadılarsa, metropoliten buna qeyri-şərtsiz əməl edəcək”.

Bəxtiyar Məmmədov, metro bağlanandan bu günə qədər hazırlıq prosesinin ən optimal şəkildə həyata keçirildiyini qeyd edib:

“Ümumiyyətlə, metro daim fəaliyyətə hazırdır. Metronun görünən tərəfi sərnişdaşımadır. Amma, sərnişdaşımanı təmin etmək üçün onun arxasında böyük iş və texnoloji proseslər dayanır. Qaydaların tələbinə uyğun olaraq, hazırda metro sərnişdaşıma fəaliyyəti göstərməsə də, texniki işləri davam etdirir. Sadecə, Nazirlər Kabinetinin işin təşkiliylə bağlı müəyyən qərarları var, bütün bu qaydalara və  tövsiyyələrə ciddi şəkildə əməl olunur. Metro bağlanandan bu günə qədər hazırlıq ən optimal şəkildə həyata keçirilir”.

YƏHYA