Metroda qalan sərnişinlərə pulsuz su payladı – VİDEO

    15

    Metro tunelində qalan sərnişinlərə öz cibindən xərc çəkərək su alıb pulsuz payladı. Onun bu addımı isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Əziz Əlibəyli adlı bir vətəndaş ötən gün elektrik enejisinin verilməsində yaranan növbəti problem səbəbindən metro tunelində qalan sərnişnlərə kömək məqsədilə su paylayıb.

    Öz hesabına bir neçə bağlama su alaraq metronun tunelində qalan sərnişinlərə payladı.

    Onun bu humanist addımını isə bir vətəndaş çəkərək sosial şəbəkələrdə paylaşıb. Söhbət Əziz Əlibəyli adlı vətəndaşdan gedir.

    Ötən gün axşam saatlarında ölkənin elektrik enerjisi sistemində yenidən baş vermiş qəza nəticəsində Bakı Metropoliteninin fəaliyyəti qəfil dayanıb. Nəticədə bəzi sərnişinlər qatarların içərisində tuneldə qalıblar. Onların köməyinə isə polislə yanaşı, vətəndaşlar yetişib. Əziz Əlibəyli adlı vətəndaş isə metronun "Nərimanov" stansiyasında tuneldən çıxanların vəziyyətlərinin pis olduğunu görərək onlara su paylayıb.

    Əziz Əlibəyli aldığı sulara 70 manatdan çox pul xərclədiyini və bunun bir vətəndaşlıq borcu olduğunu deyir.

    Bu gün isə sərnişinlərin anomal hava şəraitində dayanacaqlarda gözləmələrini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılmasını təşkil edib.