Mətbuat katibi: “Paşinyanın Putinlə görüşünü istisna etmirik”

    15

    “Nikol Paşinyan mayın 8-də baş nazir seçilərsə, mayın 14-də onun Rusiya prezidenti Vladimir Putinlə görüşünü istisna etmirik”.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, bunu Nikol Paşinyanın mətbuat katibi Tiqran Avinyan bildirib.

    Qeyd edək ki, mayın 14-də Rusiyanın Soçi şəhərində dövlət başçılarının Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclası keçiriləcək. Bu görüşün də həmin toplantı çərçivəsində reallaşacağı gözlənilir.

    Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisinin ikinci turu keçiriləcək. Bu posta yeganə namizəd Nikol Paşinyandır. Mayın 1-də keçirilən brinci turda o lazım olan 53 səsi toplaya bilməmişdi.