“Messinin ilin futbolçusu olması cəfəngiyyatdır” – Ekspertdən etiraz

    33

    "Arsenal"ın sabiq futbolçusu, ingiltərəli futbol şərhçisi Pol Merson "Barselona"nın hücumçusu Lionel Messinin dünən FİFA The Best versiyası üzrə ilin futbolçusu adını almasını etirazını bildirib.

    Hurriyyet.org xəbər verir ki, o, argentinalı futbolçunun bu dəfə həmin mükafata layiq olmadığını söyləyib:

    "Bu, cəfəngiyyatdır. O, hər il etdiyini edir. Messi yeni səviyyəyə çıxmayıb. "Barselona"nın ötən mövsüm Çempionlar Liqasını qazanmasına kömək edə bilməyib. Bu mükafat xüsusi oyuna, uğurlara görə verilir. Van Deyk bunu etdi. "Liverpul"un Çempionlar Liqasını qazanmasında onun xidməti oldu. Səsvermənin yekunu gülüncdür. Bu, sirkdir".

    Pol Merson Messinin qalib olması ilə bağlı ehtimalını da irəli sürüb: "Bu mükafat 2016-cı ildən verilir. Onu dalbadal iki dəfə Ronaldo qazanıb. Ötən il isə Modriç. Ona görə də bu dəfə mükafatı Messiyə verdilər. Bəs van Deyk daha nə etməli idi ki, birinci olsun? O, Niderlandı Millətlər Liqasının finalına çıxardı. "Liverpul"dakı uğuru haqda da artıq danışdım"./qol.az/