Messi ölüm təhdidləri aldı, Argentinanın oyunu ləğv edildi

    15

    Argentina milli komandasının İsrail yığması ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib.

    Hurriyyet.org xəbər verir ki, buna səbəb yığmanın kapitanı Lionel Messinin ölüm təhdidləri alması olub.

    Bununla bağlı İsrailin Argentinadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

    Qeyd edək ki, daha əvvəl Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub müsəlman azarkeşləri, İsraillə oyunda meydana çıxacağı halda, Lionel Messinin fotoları və köynəklərini yandırmağa çağırıb.

    Xatırladaq ki, İsrail – Argentina matçı iyunun 9-na planlaşdırılmışdı./publika.az/