Messi Pelenin rekordunu yenilədi

318

“Barselona”nın hücumçusu Lionel Messi Braziliya millisinin keçmiş oyunçusu Pelenin bir klub üçün vurduğu qol rekordunu yeniləyib. 33 yaşlı hücumçu “Valyadolid”lə matçın (3:0) 65-ci dəqiqəsində fərqlənib. “Barselona”da oynadığı müddətdə vurduğu qolları sayını 644-ə çatdıran Messi rekordçu Peleni ötüb.

Qeyd edək ki, Pele Braziliyanın “Santos” klubunda 643 qol vurub. Argentinalı hücumçu oyundan sonra Pelenin rekordunu qırmasına münasibət bildirib. 33 yaşlı futbolçu “İnstaqram” hesabında illər ərzində ona dəstək olan hər kəsə təşəkkür edib: “Futbol oynamağa başlayanda heç vaxt rekord qıracağımı düşünməmişdim. Daha əvvəlki rekord Peleyə məxsus idi. Dostlarıma, ailəmə və məni dəstəkləyən hər kəsə minnətdaram”.