Məşhur professorların resepti – Siqareti tərgitməyin 2 ÜSULU

    3

    Siqaret vərdişi olan insanlar üçün ən çətin işlərdən biri siqareti tərgitməkdir.

    Türkiyəli professor İbrahim Saracoğlu və mütəxəssis Firidun Konak siqareti tərgitmə üsullarından danışıb.

    Həmin üsulları təqdim edirik:

    İbrahim Saraçoğlunun tövsiyəsi:

    Lazım olanlar:

    2 stəkan su

    1 desert qaşığı yunan lavandası

    2 stəkan suyu qazana qoyub qaynadın. Daha sonra 1 desert qaşığı yunan lavandası əlavə edin. 7 dəqiqə dəmləyin. Daha sonra süzün.

    Ürəyiniz hər siqaret istədikdə bu qarışımdan bir qurtum alıb ağzınızda saxlayın və çıxarın.

    Bu proseduru hər siqaret istədikdə edin. Hər gün yenisini hazırlayın.

    Bundan 3 ay ərzində istifadə edin.

    Firidun Kunakın bu barədə tövsiyəsi:

    2 litr su (8 stəkan deməkdir)

    1 kq badımcan

    2 limon suyu

    Hazırlanması:

    Badımcanları halqa şəklində doğrayın, 2 litr suyu içərisinə əlavə edin. 2 limon suyunu da əlavə etdikdən sonra bu qarışımı bir gün gözlədin. Daha sonra badımcanları sıxıb suyunu çıxarın.

    Daha sonra hər siqaret istədiyiniz zaman için. \\Medicina.az

     

    HURRİYYET.ORG