Məşhur meyxanaçı bacısı oğlunun ölümündən DANIŞDI: “Hadisədən bir neçə saat öncə …” – VİDEO

    48

    ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi meyxanaçı Ələkbər Yasamallı olub.

    Məşhur meyxanaçı bacısı oğlunun intiharından danışıb:

    "40 yaşımda bala dağı gördüm. Övladım kimi idi. Məni ilk dayı edən idi. 18 yaşından sonra onlarla dost olmuşam. Mənimlə elə münasibəti vardı ki, əgər bir sirri olsa, üzbəüz deyə bilməsə belə, kiminsə vasitəsi ilə mənə deyərdi. Bu, müəmmalı ölümdür. Yazırlar ki, guya sevdiyi qıza görə intihar edib.

    Amma elə bir şey yoxdur. Hadisədən bir neçə saat öncə bir yerdə olmuşuq. O biri bacım oğlu da bizimlə idi. Onlara yemək hazırlatdım. Deyib-gülmüşük. Dünəndən şokdayam. İntihara hazırlaşan insanın hərkətlərindən müəyyən şeylər hiss olunardı".

    Mərhumun xalası oğlu Rəşad isə Şamxalın hadisədən öncə sosial şəbəkələrdə belə heç bir paylaşım etmədiyini deyib:

    "Sosial mediada bu barədə heç bir paylaşım etməyib. Səhərə qədər canlı yayımda uşaqlarla danışıb, deyib-gülüb. Heç kimə heç nə hiss etdirməyib".