Məşhur hakim nazirliyi məhkəməyə verdi – SƏBƏB

    21

    Ali Məhkəmənin hakimi pensiyasından narazı olduğuna görə məhkəməyə müraciət edib.

    Hurriyyet.org "Yeni Sabah"a istinadən  xəbər verir ki, 2017-ci ildən Ali Məhkəmənin hakimi işləyən Kazımov Tahir Lələkişi oğlu pensiya təminatı ilə baglı Bakı İnzibati Məhkəməsinə müraciət edib. Məhkəmənin hazırlıq iclası mart ayının 16-da hakim Aytən Oruczadənin sədrliyi ilə keçiriləcək.

    Qeyd edək ki, Tahir Kazımov məhkəməyə qarşı tərəf kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini göstərib.

    Tahir Kazımov Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə "III dərəcəli dövlət ədliyyə müşaviri" ali xüsusi rütbəsi ilə təltif olunub.