Məşhur avtoritet “Şeyx Həmzət”ə qarşı sui-qəsd edilib: 1 nəfər ölüb – VİDEO

    6

    Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.

    Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.

    Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.

    Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.

    Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.

    Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. \\Aztoday.az