Mərkəzi Bankın valyuta ehtiyatları artıb – RƏQƏMLƏR

    6

    Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il iyunun 1-nə 5 471,4 mln. ABŞ dolları təşkil edib.

    Hurriyyet.org AMB-yə istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 5,6 mln. dollar və yaxud 0,10% çoxdur.

    İlin əvvəlinə nisbətən isə qurumun valyuta ehtiyatları 136,8 mln. dollar və yaxud 2,56%, son 1 ildə isə 646,0 mln. dollar və yaxud 13,39% artıb.