Merkel səhhəti ilə bağlı açıqlama verdi: “Bu hal necə yaranıbsa…”

    18

    Almaniya kansleri Angela Merkel səhhəti ilə bağlı açıqlama verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Yaponiyanın Osaka şəhərində keçirilən G 20 ölkələri liderlərinin sammitində iştirak edən A. Merkel səhhətində heç bir problemin olmadığını bildirib: “Əminəm ki, bu hal necə yaranıbsa, elə də gedəcək. Bu barədə xüsusi bir şey deyə bilmərəm. Özümü yaxşı hiss edirəm”.

    Qeyd edək ki, A. Merkel Ukrayna prezidenti Viladimir Zelenski ilə iyunun 18-də görüşü zamanı titrəməyə başlayıb.

    Oxşar hadisə ikinci dəfə Almaniya prezidentinin iqamətgahında baş verib. Prezidenti Frank Volter Ştaynmayerin ədliyyə nazirinin vəzifəsinin icrasına başlaması ilə əlaqədar nitqi zamanı kansler onunla birlikdə zalda dayanıb. A.Merkel dayandığı yerdə güclü şəkildə titrəməyə başlayıb. O, təklif edilən sudan imtina edərək ayaq üstə qalmağa davam edib.