Merkel: “Bütün Aİ dövlətləri Yunanıstanı dəstəkləməlidirlər”

75

Hurriyyet.org xəbər verir ki, Almaniyanın Baş naziri Angela Merkel Şərqi Aralıq dənizində getdikcə artmaqda olan Afina-Ankara böhranı barəsində “Bütün Avropa İttifaqı dövlətləri Yunanıstanı dəstəkləməyə borcludurlar” açıqlaması ilə çıxış edib.

Merkel həmçinin, Fransa prezidenti Emmanuel Makronla birlikdə Şərqi Aralıq dənizindəki böhranı tez-tez müzakirə elədiklərini söyləyib.

Merkel deyib: “Bu münasibətlər çoxtərəflidir. Türkiyə NATO müttəfiqidir. İxtilaf iki NATO üzvü arasındadır. Buna laqeyd qala bilmərik. Bu səbəbdən İttifaq daxilindəki bu problemləri həll eləmək lazımdır”.

Türkiyə hələlik məsələ ilə bağlı açıqlama verməyib.