Merkel Aralıq dənizindəki gərginlikdən danışdı: “Makronla yollarımız ayrılır”

90

Hurriyyet.org xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ilə Almaniyanın baş naziri Angela Merkel Makronun rəsmi iqamətgahı olan Breqanson qəsrində görüş keçiriblər. Görüşdə Berlin ilə Paris arasında mövqe ayrılıqlarına səbəb olan Şərqi Aralıq dənizi və Türkiyə məsələləri də müzakirə edilib. İki liderin mövqelərindəki fərqlilik ortaq mətbuat konfransında da öz əksini tapıb.

İlk çıxış edən Makron deyib: “Hədəfimiz Avropa İttifaqının suverenlik hüququna hörmət edilməsini təmin eləməkdir. Çox qəti şəkildə Yunanıstan və Kipri dəstəkləməkdə könüllüyük. Model olaraq, hər zaman eyni yanaşmanı sərgiləmədik. Lakin bölgədə gərginliyin azalmasını və sabitliyin bərqərar olmasını istəyirik”.

Merkel isə məsələ ilə əlaqədar belə deyib: “Əgər Fransa və Almaniya qüvvələrini birləşdirərlərsə, məsələni həll edə bilərlər. Lakin bu həll hərbi yox, dialoq yolu ilə olmalıdır. Xarakter cəhətdən Makronla bir-birimizdən fərqliyik, lakin hədəflərimiz eynidir. Makron Şərqi Aralıq dənizinə gəmi göndərmək yolunu seçdi, biz isə gərginliyin azalması üçün tərəflərin masa arxasına keçməsi yolunu seçdik. Hansının daha doğru olduğunu söyləmək çətindir, fəqət həll üçün çalışırıq”.