Meri Tramp əmisi Donald Trampın qüsurlarında babasını günahkar sayır

84

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp gələn həftə dərc ediləcək “Həddən artıq, qətiyyən kifayət olmayan: necə oldu ki, ailəm dünyanın ən təhlükəli adamını yaratdı” kitabında əmisinin xarakterindəki mənfi cəhətlərin babası Fred Trampın günahı nəticəsində formalaşdığını bildirib.

Meri Trampın  atası, Donald Trampın böyük qardaşı oğul Fred Tramp Merinin 16 yaşı olanda alkoqolizm nəticəsində ölüb.

Merinin fikrincə, babası, Nyu-Yorkun tikinti maqnatı olan ata Fred Tramp hər iki oğlunu mənən əzib, onlara özünü inkişaf etdimək imkanı verməyib.

O, öz böyük oğlunu “akula” kimi görmək istəyib, onun yumşaq xasiyyətli olduğunu görəndə əsəbləşib, yalnız zəiflərin üzr istədiklərini deyərək, oğlunu məsxərəyə qoyub.

Freddidən 7 yaş kiçik olan Donald uzun illər boyunca atasının böyük qardaşını necə alçaltdığını müşahidə edərək özünə ibrət dərsi götürmüşdü: Freddi kimi olmamaq lazımdır.

Meri Tramp yazır: “Donald Trampı duyğularını göstərməkdə məhdudlaşdırmaqla və çox şeyi ona qadağan etməklə atası onun dünyanı qavramasına mane oldu və onun dünyada yaşamaq qabiliyyətini naqisləşdirdi”.

Hurriyyet.org