Mərhum generalın oğlu DSX-də xidmətə başladı

    6

    Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini, mərhum general-mayor Mə­həmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akade­mi­yasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.

    Hurriyyet.org-un məlumatına görə, DSX-nin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev DSX Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.

    E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.