Mingəçevirdə baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, qəzada xəsarət alan piyadalardan daha biri xəstəxanada ölüb.
***
Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, “Mercedes” markalı minik maşını “Hyundai” markalı avtomobillə toqquşub. İdarəetmədə çıxan “Mercedes” yol kənarındakı piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 4-ü xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.