Mərakeş İranla əlaqələri kəsir

    15

    Rəsmi Rəbat İranla diplomatik əlaqələri kəsir.

    Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mərakeşin XİN rəhbəri Nasir Bourita açıqlama verib.

    Nazirin sözlərinə görə, buna səbəb Tehranın, Qərbi Saharanın müstəqilliyinə nail olmağa çalışan “Polisario” hərəkatını dəstəkləməsidir.

    Bourita bildirib ki, İran “Hizbullah” qruplaşmasının vasitəçiliyi ilə hərəkata hərbi yardım göstərib.

    “ “Hizbullah” öz hərbi məmurlarını “Polisario”nun köməyinə göndərib, onları şəhərdə müharibə aparmağı öyrədib, onları silah-sursatla təchiz edib.”, – deyə nazir bildirib.

    Qeyd edək ki, Mərakeş bundan əvvəl 2009-cu ildə İranla diplomatik əlaqələri kəssə də, 2014-cü ildə münasibətlər bərpa olunmuşdu.