Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi – FOTO

    3

    Ötən gün Rusiya Azərbaycanlıları İttifaqı Rusiyanın nüfuzlu mobil operatoru olan MeqaFon şirkətinə Ermənistan tərəfindən işğal edilən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı öz xidmət xəritəsində müstəqil dövlət kimi göstərməsinə görə etiraz bəyanatı ilə çıxış etmişdi.

    Həmin yazı bu linkdə: https://www.hurriyyet.org/xeber/meqafon-un_qarabagi_musteqil_dovlet_saymasi_rusiya-azerbaycan_munasibetlerine_tehlukedir

    Qurumun mətbuat xidmətinin rəhbəri Anar Həsənovun bir az öncə hürriyyət.org-a verdiyi məlumata görə artıq "MeqaFon" mobil operatoru səhvini düzəldib və siyahıdan qondarma rejimin adını çıxarıb.

    Hurriyyet.org soydaşlarlımızı bu uğur münasibətilə təbrik edir və arzu edirik ki, tezliklə bu qondarma rejimin özünü Azərbaycanımızın xəritəsindən silib-süpürməyi Allah bizlərə nəsib eləsin.