“Məni başqası ilə səhv salıblar” – Komitə sədrinin müavini

33

“Azərbaycanda Səyyad deyəndə hamının yadına birinci Səyyad Aran düşür. Ancaq dünən mətbuatda qonşusunun haqqında şikayət etdiyi adam mən deyiləm”.

Hurriyyet.org xəbər verir ki, azvision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran (Səyyad Salahlı) deyib.

O, bildirib ki, adı çəkilən şəxs Milli Məclisin Səyyad adlı keçmiş işçisi olub: “Həmin şəxs tamamilə başqa adamdır. Qətiyyən mən deyiləm. Mən heç vaxt belə işlərlə məşğul olmamışam və olmaram. Əvəllər iki dəfə belə bir hadisə başıma gəlib. Bir dəfə Səyyad Ağbabalı ilə üz-üzə gəlmişəm. Məni onunla səhv salmışdılar. İndi də başqa Səyyadla məni səhv salıblar. İctimaiyyətin diqqətinə çatdırmaq istərdim ki, bu məsələdə yanlışlığa yol verilib”.

Qeyd edək ki, yerli KİV-də yayılan məlumatda Səyyad Aranın mənzilini hostel kimi əcnəbilərə icarəyə verdiyi, bu səbəbdən qonşusunun ondan şikayətçi olduğu bildirilirdi.