Qalatasaray-Fənərbağça oyunu zamanı terror törədiləcəkmiş…

    6

    Məlumatda deyilir ki, İstanbulla bağlı terror planını Ankarada 102 nəfərin həyatını itirdiyi terror aktını planlaşdıran İŞİD-in Qaziantep “əmir”i olan “Ebu Ali” kod adlı Yunus Durmazın hazırladığı üzə çıxıb. Ankarada törədilən terror aktı ilə əlaqədar axtarılan və haqqında qiyabi həbs qərarı verilən Y. Durmazın Suriyadan Türkiyəyə keçdiyi, İstanbulda olduğu müəyyənləşdirilib. Aparılan bütün axtarışlara rəğmən İstanbulda izinə rast gəlinməyən Y.Durmaz ilə birlikdə axtarılan digər iki İŞİd terrorçusu isə Hacı Ali Durmaz ve Savaş Yıldızdır. Bu gün hər 3 terrorçunun fotoşəkilləri bu gün mediaya da paylanıb(lent.az).