Melaniya Tramp ögey qızını “ilan” adlandırdı!

75

Hurriyyet.org xəbər verir ki, ABŞ-da 3 noyabr tarixində keçirilən prezident seçkilərində məğlub olan respublikaçı namizəd Donald Trampın həyat yoldaşı Melaniya Trampın ögey qızı və kürəkəni barəsindəki sözləri ABŞ mətbuatında gündəm olub. Melaniyanın Donald Trampın müşaviri olan qızı İvanka və kürəkəni Cared Kuşner barəsində dedikləri qalmaqala çevrilib.

ABŞ-da dörd illik Tramp hakimiyyət dövrü bitmək üzrə ikən Amerika mətbuatı ailə içərisindəki gərginliyi və güc toqquşmasını gündəmə gətirib. Bir müddət Melaniya Trmpın müşaviri kimi çalışan Stefani Vinston Volkov öz kitabında bu gərginlik detallarını açıb. Onun “Melani və Mən: Birinci Ledi ilə dostluğumuzun yüksəlişi və enişi” adlı kitabında Melaniya Trampın ögey qızı İvanka Tramp ilə yoldaşı Cared Kuşneri qətiyyən xoşlamadığı yazılıb.

Volkov yazır: “Melaniya İvanka barəsində “qaçaq ovlayır” deyirdi. Tramp iş başına gəldiyi zaman müsəlmanların ölkəyə daxil olmasını qadağan elədi və qaçaq mühacirləri uşaqlarından ayırmağı qərara aldı. O dövrdə Melaniya Vaşinqtonda deyildi. İvanka atasının yanında idi və lazımsız çıxışlar edirdi”.

Melaniyanın ögey qızı ilə kürəkənini heç sevmədiyini yazan Volkov qeyd edir: “Melaniya onları ilanlara bənzədirdi, onların istədiklərini əldə eləmək üçün hər şeyi edə biləcəklərini söyləyirdi.  Melaniya ögey qızının Birinci Ledi vəzifələrini öz üzərinə götürdüyünü deyirdi”.