Məktub yazıb evdən qaçdı – “Məni axtarmayın, geri dönməyəcəm” – VİDEO

    27

    Siyəzənin Yenikənd ərazisində yaşayan 16 yaşlı Əlikram Fərzəliyev ailə üzvləri toyda olarkən evdən qaçıb.

    16 yaşlı yeniyetmə evdən çıxıb və bir daha geri qayıtmayıb. Evə yazıb qoyduğu məktubda isə onu axtarmamalarını və bir daha evə dönməyəcəyini bildirib. Hadisə Siyəzən rayonunun Yenikənd kəndində baş verib.

    Oğlunun itməsi ilə bağlı "Xəzər Xəbər"ə müraciət edən atası İslam Fərzəliyev oğlu Əlikramın 5 gün öncə yoxa çıxdığını bildirir.

    Atası deyir ki, oğlu Əlikram ailədə iki qardaşdan böyüyü olub və 9-cu sinifdən məktəbdən ayrılaraq təhsilinə davam etməyib. İslam Fərzəliyev oğlunun ailə daxilində heç bir probleminin olmadığını bildirib.

    İslam Fərzəliyev oğluna müraciət edərək onun geri qayıtmasını xahiş edir.

    İslam Fərzəliyev bildirir ki, 16 yaşlı Əlikram Fərzəliyev evdən çıxarkən əynində göy şalvar, göy kurtka, başında isə qara papaq olub. O, oğlunu görənlərdən Siyəzən rayon Polis şöbəsinə müraciət etməyi xahiş edir. \\Xezerxeber.az