“Məktəblərin bağlanması müzakirə olunmur” – Baş infeksionist

3

“Məktəb və bağçalarda dezinfeksiya işləri aparılır”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

“Xəstə uşaqların məktəbə və bağçaya aparılmaması lazımdır. Hazırda məktəblərin bağlanması müzakirə olunmur. Koronavirus o qədər geniş yayılmayıb ki, bu cür qərar verilsin. Koronavirusun yayılması genişlənərsə məktəb və universitetlərin bağlanmasından söhbət gedə bilər”, – deyə C. İsayev qeyd edib.