Meksikada koronavirusdan ölənlərin sayı 53 mini ötüb

63

 

Meksikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı son sutkada 5 558 nəfər artaraq, ümumilikdə 485 mini keçib.

“Report”un məlumatına görə, 53 mindən çox meksikalı bu virusun qurbanı olub.

Həmçinin Meksikada COVID-19 virusundan ölənlərin sayı son sutkada 705 nəfər artaraq 53 003 olub.

Müalicə alaraq sağalan 327 993 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Hazırda koronavirusa yoluxan 104 840 xəstənin 3 683-nün vəziyyəti ağırdır.