Məhkəmə DTX-nın həbs etdiyi şəxsin vəsatətini təmin etdi

    9

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hurriyyet.org xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ç.Muradov musiqi akademiyasında təhsil alıb.

    Daha sonra təqsirləndirilən şəxs vəsatət qaldırıb. O, hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanasına köçürülməsini istəyib.

    Vəsatət təmin edilib.

    Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

    Qeyd edək ki, Ç.Murarov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinir. O, DTX əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib./report/