Məhəmmədrəsul peşəkar boksda ilk döyüşünə çıxdı – Nokautla qalib gəldi

    33

    Azərbaycan boksçusu, üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşünə çıxıb.

    Hurriyyet.org xəbər verir ki, super ağır çəkidə yarışan 33 yaşlı boksçumuz sentyabrın 13-də ABŞ-ın Nyu-York şəhərində yerli idmançı Ed Fonteynlə (bunadək 12 döyüş, 7 qələbə) üz-üzə gəlib. Məcidov dördüncü raundda texniki nokautla qələbə qazanıb.

    Məlumatı özünün İnstagram səhifəsində Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yayıb.