Mehdiyevin şəbəkəsi hələ də iş başında…

312

Zəfər qazanmış millətə simasız məddahlar lazım deyil

 Ramiz Mehdiyev işdən çıxarılsa da qurduğu şəbəkə axıra qədər dağılmayıb. Mən ölən, siz qalan, bu şəbəkə hələ çox fəsadlar törədəcək…

Ötən yazımda umu-küsü edirdim ki, bizim rəssamlar heç nə edə bilmirlər, ya ustalıq məsələsində uduzublar, ya da artıq formalaşmış milli burjuaziyasını nazı ilə oynayırlar, sənəti pula qurban veriblər. Meşşan zövqlü harının barmağı olan yerdə də əsl sənətdən danışmaq mənasızdır. Elə bu əsnada eşidirəm ki, üç il bundan əvvəl rəsmi surətdə fırça ustalarına Xocalı faciəsi mövzusunda işləməyi təklif ediblər. Laqeyd

qalan olmayıb, hamı qol çırmayıb işləməyə başlayıb.

Əlbəttə ki, belə ağır mövzuda işləmək halva deyil. Əlqərəz, sənətçilər gecəni gündüzə qatıb əsərlərini ortaya qoyublar. Və düz fikirləşmisiniz, bu zavallıların pullarını verməyiblər. Sənətçilər hara üz tutublarsa dərdlərinə əlac olmayıb. Mədəniyyət naziri (keçmiş – red.) aləmə məşhur Əbülfəz Qarayev qeybə çəkilib. Onun astronomik məbləğləri həzm-rabedən keçirməsi barədə qəzetlərdən oxumuşuq. Amma çifayda, it  də gedib, ip də! İndi özünüz deyin, bundan sonra hansı rəssam əlini ağdan qaraya vurar?

 Bu çərxi-sitəmkarın aman məsxərəsindən!

Bais, balan ölsün!

Baxmış bu müsəlmanlara qəm pəncərəsindən çərxin üzü dönsün!

Oxucular yəqin ki, soruşacaqlar, bu qoca niyə cəfakeş Sabirin belə yanıqlı misralarını dilinə gətirir? Səbəbi çox sadədir, məmləkətin az qala yarısı xarabazara dönüb, şəhidlərin kəfənləri hələ saralmayıb, evlərdən ah-nalə səsi ucalır, dövlətin maraqlarını hər şeydən üstün tutan qeyrətli kişilər canla-başla işləyirlər və elə bu əsnada xəbər yayılır ki, daha qan-qan demək yetər, danışığımıza fikir verməliyik, sabahları ermənilərlə birgə yaşamalı olacayıq, xülasə köhnə bir İtaliya filmində deyildiyi kimi, istintaq bitib, hər şeyi unudun. Mən binəva eləmə tənbəllik, bir-iki yerə telefon açdım, biri dedi ki, belə fərman lap yuxarıdan gəlib, başqası isə bu kimi sözləri dilə gətirənin ölüsünə söydü. Amma mən inandım, çünki Ramiz Mehdiyev işdən çıxarılsa da qurduğu şəbəkə axıra qədər dağılmayıb.

Mən ölən, siz qalan, bu şəbəkə hələ çox fəsadlar törədəcək. Min sınaqdan çıxmış şayiə aparatı hələ işləyir, Rusiyanın müvafiq qurumları xəsislik eləmirlər, onlar yaxşı bilirlər kimlərə nə qədər muzd verməlidirlər.

Mən heç vaxt inana bilmərəm ki, gecəni gündüzə qatıb titanik zəhmətlə Azərbaycanı qələbə zirvəsinə qaldırmış Prezidentimiz bizim erməni faşizminə qarşı çıxışlarımıza hədd-hüdud qoysun. Ermənilər xristian aləmində yeganə murdar xalqdır ki, başqa millətin qəbiristanlığına təcavüz edib, qarşısına nə çıxırsa dağıdıb.

Polşa ilə Rusiya əsrlər biyu heç vaxt yola getnməyiblər. Rusun Polşa torpağında qərinələr boyu nələr törətdiyini hamı bilir. Amma, nə katolik pravoslavın, nə də pravoslav katolikin məzarlığına toxunub. (Qəbirləri, somiələri, türbələri həmişə bolşevik vandallar yerlə yeksan ediblər)

Fransızlarla almanlar arasında on illər boyu davam etmiş toqquşmalardan danışmıram. Yüzlərlə tarixi məxəzdə qəbirlərə təcavüz barədə bir kəlmə yoxdur. Baltikyanı ölkələrdə olanlar da görüblər ki, qədim şəhərlərin qəbiristanlıqlarında orta əsrlərdən qalan məzarlara heç kim toxunmayıb.

Bizdə isə istənilən bölgəyə gedin və biz qədim nekropol axtarın. Görməyəcəksiniz, əksəriyyəti kolxozlar dövründə şumlanıb, qalanları da nadancasına dağıdılıb, torpağı da ona-buna satılıb. Mövzudan yayınmayaq. Televizorun qarşısında oturmaq qeyri-mümkündür. Ağır vuruşların getdiyi, bombardımına məruz qalmış məskənləri görmüşük. Bizdə isə vəziyyət tamam başqa cürədir, onlarla kənd, qəsəbə davamlı aviasiya zərbəsi almayıb. Amma salamat heç nə qalmayıb, əlçatmaz yerlərdə vaxtilə min bir əziyyətlə tikilmiş evlər də planauyğun tərzdə dağıdılıb, qapı-pəncərələr də çıxarılıb, ağaclar, hətta kollar belə kəsilib. Bu adi nifrət deyil, mən şəxsən buna ad qoymaqda çətinlik çəkirəm. Əksər tikililərin qalıqlarında heç yanğın əlaməti də gözə çarpmır, elə bil hər yerdə ev uçurmaqla təcrübə qazanmış xüsusi briqadalar işləyib. Yenə də deyirəm, bu adi nifrət yox, tamam başqa şeydir, görün illər boyu bu binamuslar törəmələrini necə tərbiyə ediblər.

Avropadan gələn siyasi lotuların bircəciyi öz din qardaşlarından bunu da soruşmağı lazım bilməyiblər, hər şeyi dağıdıb məhv etməyinizi başa düşdük, bəs qəbiristanlıqları yerlə yeksan etməyiniz vacib idi? Yəni siz qanmırsınız ki, bu mənfur əməllərinizlə bütün xristianlığı ləkələyərsiniz?

Avropadan, istərsə də, Rusiyadan gələn siyasi lotulardan, “sülhməramlı” şovinistlərdən insanlıq gözləmək avamlıqdır.

Gəl görmə günahı, təqsiri məndə,

Səni sevəcəyəm, sən seməsən də.

Bu sözlər keçən  əsrin 50-60-cı illərində səslənmiş bir məşhur mahnıdandır. İndi bizim qeyrətli, basavad, özünü türkçü hesab edən bir alimnümamız bizlərə məsləhət görür ki, şəhidlərin qırxını, ilini gözləmədən ermənilərin qarşısında amadə durub bu sözləri avazla oxuyun.

İuzeit xislətlərini tolerantlıq, nəcabət sözləri ilə ört-basdır etməyə çalışan ziyanəvərə üzümü tutub deyirəm, kişiliyiniz çatırsa deyin, təslimçilik, lakeylik ideyalarını təbliğ etməyi sizlərə kim əmr verib?

Ağdam məscidinin qarşısında Prezidentimizin məşhur çıxışına neçə dəfə diqqət kəsilmişəm. Yəni, doğrudanmı, heç kim qanıb başa düşmədi ki, Preziodentin bu misilsiz çıxışı səlib dünyasına meydan oxumaq idi?Yırtıcı dünyaya qarşı mərd-mərdana durub, ona sözlə sillə çəkmək hər dövlət xadiminin işi deyil. İlham Əliyev onun Vətəninin əzab və dərdlərinə məhəl qoymayan səlibçi avantüristlərə tutarlı cavab verdi.

Əlbəttə ki, bizə qənim kəsilmiş keşiş-mason güruhu bunun əvəzini vermək üçün bütün məkrli oyunlara qol qoyacaq.

Müxtəlif çaplı insinuasiya ustaları, muzdlu dedi-qodu, şayiə yayanlar, ağızları yağlı tikələrdən uzaq düşdüyü üçün qisas odunda qıvrılanlar, oğurladıqları milyonları əcnəbi banklarda saxlayanlar, əvvəl-axır ifşa olunacaqlarını başa düşüb hər satqınlığa gedə biləcək məddahlar , xulasa böyük giyena sürüsü səfərbər edilib. Bu dəqiqə, ürəyində yarım misqal vətən, millət eşqi olan hər kəs nəyin bahasına olursa olsun, dövləti, onu qələbəyə çatdırmış Prezidenti qorumalıdır.

Keşiş-mason dünyasının məkrli oyununa parlaq bir misal! Erməni  faşistlərinin başları əzilir, onları it kimi torpaqlarımızdan qovuruq və elə bu əsnada xəbər çıxır ki, hansısa beynəlxalq təşkilatın mədəni qaşınması tutub. Onlar helikopterlə bizim səmada oyan – bu yana uçub kilsələrin vəziyyətini öyrənmək istəyirlər!

Bilmirsən buna nə ad verəsən. Siyasi sırtıqlıq, ya da elementar həyasızlıq. Sadəcə olaraq bizi nə adam yerinə qoyurlar, nə də sayırlar. Səlib dünyasının iç üzü budur! Qətlə yetirilmiş uşaqların dəqiq sayı hələ də məlum deyil., müsəlmanların yüzlərlə ziyarətgahı, sərdabəsi, məscidi tar-mar edilir, arxeoloji abidələr dağıdılır, muzey sərvətləri talanır və s. bu kimi cinayətlər unudulur YUNESKO işini-gücünü bir yana qoyub erməni kilsələrinin vəziyyəti ilə maraqlanır!

(Ardı var)

 Firuz HAŞIMOV